Xəbərlər

Jan-Klod Minyon: Azərbaycan və Avropa Şurası arasında yaranan bütün məsələlər qarşılıqlı müzakirə olunmalıdır
27 may, 2013 22:29

Azərbaycan və Avropa Şurası arasında yaranan bütün məsələlər qarşılıqlı müzakirə olunmalıdır. Bunu Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Jan-Klod Minyon bazar ertəsi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə görüşündə bildirib.

Minyon deyib ki, Azərbaycan və Avropa Şurasının yaxın tərəfdaşlıq əlaqələri var: "Və bizim aramızda yaranan bütün məsələlər qarşılıqlı müzakirə olunmalıdır".

O, AŞ PA sədri kimi 800 milyon avropalı vətəndaşın adından danışdığını deyərək, Azərbaycanla əlaqələrə xüsusi önəm verdiklərini vurğulayıb.

Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü olan Minyon bildirib ki, həmin dostluq qrupunun fəaliyyəti çox aktivdir: "Fransa ilə Azərbaycan parlamentləri arasındakı münasibətlərin bugünkü səviyyəsindən razıyam".

Görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib ki, Avropa Şurası Azərbaycan üçün çox əhəmiyyətli qurumdur: "Bu gün Azərbaycan və Avropa Şurası arasında əlaqələr yüksələn xətlə inkişaf edir".

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.