Buna qədər 4 müxtəlif seçim mərhələsindən keçmiş hakimliyə namizədlər bu dəfə şifahi imtahan veriblər.
Məhkəmə Hüquq-Şurasından verilən məlumata görə, birillik tədris kursunu, o cümlədən məhkəmələrdə stajkeçməni başa vurmuş 76 nəfər hakimliyə namizədlə tədrisin nəticələri üzrə şifahi imtahanlar başlayıb.
İmtahanların iyun ayının 3-dək davam edəcəyi gözlənilir.
Qeyd edək ki, test üsulu ilə, habelə yazılı və şifahi imtahanlardan müvəffəqiyyətlə keçərək 1 il müddətində davam edən tədris kursunu, o cümlədən məhkəmələrdə stajkeçməni başa vurmuş 76 nəfər hakimliyə namizədin peşə hazırlığının yoxlanılması məqsədilə mayın 3-də şəffaf prosedurlar əsasında yazılı imtahan keçirilmiş, imtahanın nəticələri Hakimlərin Seçki Komitəsi tərəfindən yoxlanıldıqdan sonra bütün namizədlər tədrisin yekunları üzrə şifahi imtahana buraxılmışdılar.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı