Xəbərlər

Prezident İlham Əliyev Buzovna-Mərdəkan-Qala yolunun açılışında iştirak edib
26 may, 2013 22:08

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 26-da Buzovna-Mərdəkan-Qala yolunun açılışında iştirak etmişdir.

Paytaxt Bakı və ətraf qəsəbələrin inkişafı daim diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı"nın davamı olan 2011-2013-cü illəri əhatə edən Dövlət Proqramı yol infrastrukturunun müasirləşdirilməsini əhatə edir. İndi Bakı və ətraf qəsəbələrin yolları ən müasir səviyyədə inşa olunur, yol ötürücüləri, körpü, tunel, yeraltı və yerüstü piyada keçidləri tikilir.

İki yüz min nəfərə yaxın əhalinin yaşadığı Zabrat, Maştağa, Pirşağı, Kürdəxanı, Buzovna, Bilgəh qəsəbələrini Bakı şəhəri ilə birləşdirən Zabrat - Maştağa - Buzovna və Zabrat - Kürdəxanı - Pirşağı avtomobil yollarının yenidən qurulması üçün dövlətimizin başçısının ötən ilin oktyabrında imzaladığı Sərəncama əsasən Prezidentin ehtiyat fondundan 5 milyon manat vəsaitin ayrılması bu tədbirlərin ardıcıl xarakter aldığını nümayiş etdirir.

Prezident İlham Əliyev Buzovna-Mərdəkan-Qala yolunun texniki göstəricilərini əks etdirən stendə baxdı.

Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, eni 22 metr olan yolun ümumi uzunluğu 12 kilometrə yaxındır. Yol ən müasir tələblər səviyyəsində inşa olunmuşdur. Dördzolaqlı yolun inşası zamanı bütün infrastruktur yenilənmiş, müasir işıqlandırma sistemi yaradılmış, yol boyu 3 qovşaq tikilmişdir. Bakıətrafı kənd və qəsəbələrin yollarının tamamilə yenidən qurulması ilk növbədə əhalinin sosial məsələlərinin həlli baxımından önəmlidir.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Dövlətimizin başçısı yeni yolda avtomobili idarə etdi.

Prezident İlham Əliyev Buzovna-Mərdəkan-Qala yolunun əvvəlki vəziyyətini, tikinti zamanı və hazırkı vəziyyətini əks etdirən fotostendə baxdı.

Dövlətimizin başçısına yolboyu quraşdırılan müasir işıqforlar barədə də məlumat verildi.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.