Xəbərlər

Prezident İlham Əliyev AŞ PA prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
26 may, 2013 21:59

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 26-da Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Jan-Klod Minyonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlətimizin başçısı Azərbaycan ilə Avropa Şurası Parlament Assambleyası arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayaraq qarşılıqlı səfərlərin və görüşlərin əlaqələrimizin genişlənməsi işində rolunu qeyd etdi.

Prezident İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının prezidenti Jan-Klod Minyonun ölkəmizə səfərinin əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaradacağına əminliyini bildirdi.

Avropa Şurası Parlament Assambleyasının prezidenti Jan-Klod Minyon Azərbaycana ikinci dəfə səfər etməsindən məmnunluq hissi keçirdiyini vurğulayaraq ölkəmizdə sürətli inkişaf proseslərinin şahidi olduğunu söylədi, Azərbaycanın iqtisadi və digər sahələrdə qazandığı uğurların önəmini diqqətə çatdırdı. Qonaq səfərinin əsas məqsədlərindən birinin Azərbaycanın Avropa Şurası Parlament Assambleyasının Nazirlər Komitəsinə qarşıdan gələn sədrliyinə hazırlıq prosesi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsinin aparılmasından ibarət olduğunu dedi.

Görüşdə Azərbaycan ilə Avropa Şurası Parlament Assambleyası arasında əməkdaşlığa dair məsələlər müzakirə olundu.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.