Elmira Axundova "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib
24 may, 2013 21:44
Prezident İlham Əliyev Elmira Axundovanın "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Elmira Hüseyn qızı Axundova "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilsin.