Xəbərlər

Səhiyyə Nazirliyi Bakıda həkimin bıçaqlanması məsələsinə aydınlıq gətirib
24 may, 2013 21:40

Səhiyyə Nazirliyi Bakıda həkimin bıçaqlanması hadisəsinə rəsmi münasibət bildirib.


 Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, son zamanlar tibb işçilərinin və tibbi müəssisələrin aqressiv pasiyentlərin və onların yaxınlarının təcavüzlərinə məruz qalması faktları çoxalıb: "Baş vermiş belə neqativ hallar tibbi fəaliyyətə və səhiyyə ocaqlarının işinə mənfi təsirsiz ötüşmür. Bu da ölkənin tibb müəssisələrində şəfa tapıb, habelə hazırda tibb ocaqlarında öz sağlamlığına qovuşmaq üçün müalicə alan yüzlərlə vətəndaşın haqlı narazılığına səbəb olur. Belə neqativ hallardan biri də mayın 23-də Zabrat qəsəbəsində qeydə alınıb.

Oktyabr küçəsi, ev 24 ünvanında yaşayan 3 yaşlı Çiçək Kərimovanın xəstələnməsi ilə əlaqədar sahə həkimi pediatr Lalə Mirzəyevaya çağırış verilib. Həkim xəstəyə KRX diaqnozu qoyaraq son 2 gün ərzində çağırış ünvanına bir neçə dəfə aktiv olaraq gedib, uşağın vəziyyətini nəzarətdə saxlayıb. Eyni zamanda, valideyn tərəfindən bir neçə dəfə təcili yardıma çağırışlar edilib və təcili yardım tərəfindən ünvana çoxsaylı gedişlər qeyd olunub.

Mayın 23-də saat 21:00 radələrində Nərgiz Kərimova sahə pediatrı Lalə Mirzəyeva ilə telefon vasitəsilə əlaqə saxlayaraq növbəti dəfə evə çağırıb. Sahə pediatrı ünvana gəlib, xəstəni təkrarən müayinə edib. Lakin həkim təyin olunmuş siropu xəstəyə içirərkən Nərgiz Kərimova həkim Lalə Mirzəyevaya bıçaqla kürək nahiyəsindən zərbə endirib. L.Mirzəyeva 3 saylı Şəhər Klinik Xəstəxanasına müraciət edib, burada ona ilkin yardım göstərilib. Hazırda müalicəsi davam etdirilir, həkimin vəziyyəti kafidir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır".

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.