Xəbərlər

Avropa Parlamentinin komitə sədri: Azərbaycan Aİ üçün mühüm tərəfdaş ölkədir
24 may, 2013 21:35

 

Xarici işlər naziri Elmar Məmmədyarov Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Elmar Brokun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazir Elmar Məmmədyarov Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlıqdan məmnunluğunu bildirib. Azərbaycanla Aİ arasında enerji sahəsində strateji tərəfdaşlıq münasibətlərinin əhəmiyyətini qeyd edən nazir digər sahələrdə də eyni səviyyəli münasibətlərin yaradılmasının arzu olunduğunu açıqlayıb.

Məmmədyarov, eyni zamanda, Aİ və Azərbaycan arasında assosiasiya sazişinin imzalanması ilə əlaqədar davam etdirilən danışıqların əhəmiyyətini qeyd edib.

Ermənistan-Azərbaycan münaqişəsinə toxunan nazir Elmar Məmmədyarov Ermənistanın destruktiv mövqeyinin münaqişənin həllini uzatdığını qeyd edərək, münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının vacibliyini vurğulayıb. Münaqişənin davam etməsinin regionda sülh və sabitliyin bərqərar olunmasına əsas əngəl olduğunu və beynəlxalq ictimaiyyətin işğalçı dövlətə qarşı təzyiqlərini artırmağın vacibliyini qeyd edib.

Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Elmar Brok səfəri zamanı ölkəmizdə gedən dinamik iqtisadi inkişafı müşahidə etdiyini bildirib. Brok Azərbaycanı Aİ üçün mühüm tərəfdaş ölkə kimi qiymətləndirib və Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni yüksək dəyərləndirib.

Avropa Parlamentinin nümayəndəsi Aİ-nin Azərbaycanla əməkdaşlığı daha da genişləndirilməsində maraqlı olduğunu deyib.

Görüşdə, həmçinin ortaq maraq kəsb edən məsələlər, o cümlədən regionda gedən proseslər ətrafında fikir mübadiləsi aparılıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.