Xəbərlər

Mərkəzi Bank makroprudensial nəzarət üzrə tövsiyələr və praktiki addımları müəyyən edib
24 may, 2013 21:27

 

Azərbaycan Mərkəzi Bankı tərəfindən Bakıda USAID təşkilatı ilə birgə makroprudensial nəzarət üzrə regional seminar keçirilib.

Bankdan verilən məlumata görə, iki gün davam edən seminarın əsas məqsədi makroprudensial tənzimləmə və bank nəzarəti sahəsində müasir trendlərin müzakirəsi, Avrasiya regionu ölkələrinin mərkəzi bankları və maliyyə nəzarəti agentliklərinin nümayəndələri ilə qarşılıqlı fikir və təcrübə mübadiləsinin təşkili olub.

Seminarda maliyyə sabitliyinə təsir göstərən makroiqtisadi çağırışlara dair təcrübə mübadiləsi aparılıb, bu növ çağırışlara reaksiya kimi potensial makroprudensial tənzimləmə və institusional yanaşmalar müzakirə edilib.

Tədbir iştirakçıları tərəfindən makroprudensial tənzimləmə və nəzarətin strukturu, onun implementasiyası sahəsində təmsil etdikləri ölkələrin (institutların) təcrübəsinə dair təqdimatlar nümayiş etdirilib.

Təşkil edilən panel müzakirələri və "dəyirmi masa"larda region ölkələrinin üzləşdiyi əsas makroprudensial çağırışlar, kredit bumu və böhranların idarə edilməsi, dollarizasiya/avro-izasiyanın tənzimlənməsi, ölkələrarası maliyyə risklərinə yoluxma və ona qarşı mübarizə, böhranların proqnozlaşdırılması və qarşısının alınması üzrə makroprudensial alətlər, makroprudensial nəzarət çərçivəsi və institusional məsələlərə dair fikir mübadilələri aparılıb.

Tədbirin sonunda müzakirələr zamanı aşkar olunan məsələlər icmallaşdırılaraq bu istiqamətdə əsas tövsiyələr və praktiki addımlar müəyyən edilib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.