"Unibank" istiqrazlar buraxır
24 may, 2013 20:52
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Unibank"ın 5 milyon manat məbləğində faizli, sənədsiz, adlı istiqrazlarının emissiya prospektini qeydiyyata alıb. Bu barədə cümə günü QKDK-nin yaydığı məlumatda deyilir.
Məlumata görə, emissiya çərçivəsində hər birinin nominal dəyəri 1000 manat olan 5000 istiqraz buraxılacaq.