Xəbərlər

ABŞ-ın Texas ştatının Nümayəndələr Palatası qətnamə qəbul edilib
22 may, 2013 22:28

 

ABŞ-ın Texas ştatının Nümayəndələr Palatasında Azərbaycan Demokratik Respublikasının yaranmasının 95 illiyinə həsr olunmuş qətnamə qəbul edilib.Qətnamədə Azərbaycan Demokratik Respublikasının qadınlara səsvermə hüququnu verən, çiçəklənən demokratik dövlət kimi 1920-ci il bolşevik çevrilişinə qədər mövcud olduğu, 1991-ci ildə isə yenidən müstəqilliyinin bərpa edildiyi bildirilir.

Eyni zamanda Azərbaycanın geosiyasi baxımdan vacib və mürəkkəb olan Avropa və Asiya arasında yerləşən regionda ABŞ-ın yaxın müttəfiqi olduğu, əhalisini əsasən müsəlmanlar təşkil edən Azərbaycanın dünyəvi demokratik dövlət olduğu və burada xristian və yəhudi icmalarının heç bir ayrı-seçkiliyə məruz qalmayaraq yaşadığı qeyd olunur. Azərbaycanın terrorçuluğa qarşı mübarizədə regionda ABŞ-ın ən mühüm müttəfiqi olduğunu və dünya enerji təhlükəsizliyinin təmin olunmasına töhfə verdiyi vurğulanır.

Qətnamənin sonunda Texas Nümayəndələr palatası tərəfindən Azərbaycanın Respublika Gününün qeyd edildiyi və bu əlamətdar hadisə ilə bağlı Azərbaycan Respublikası və ABŞ arasında mövcud olan mühüm münasibətlərin alqışlandığı qeyd edilir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.