Xəbərlər

Fərid Məmmədov Azercell-in qonağı oldu
22 may, 2013 22:04

 

Azərbaycan bir daha adını "Eurovision 2013" mahnı müsabiqəsinə həkk etdi. Ölkəmizin təmsilçisi Fərid Məmmədov İsveçdə keçirilən yarışmada 2-ci yeri tutdu. Bu gün Fərid Məmmədov Azercell-in qonağı olub.

"Azercell Telekom" MMC-nin ofisində baş tutan görüşdə Fərid Məmmədov və Azərbaycanın "Eurovision" üzrə əlaqələndiricisi Zəhra Bədəlbəyli iştirak ediblər. Azercell-in prezidenti Kiril Qaburiç və şirkətin əməkdaşları Azərbaycanın adını, musiqisini dünyaya tanıtdıran Fərid Məmmədovu bir daha təbrik ediblər, ona gələcəkdə daha böyük uğurlar arzulayıblar. Səmimi söhbət əsnasında "Eurovision" təmsilçiləri Azercell nümayəndələrini maraqlandıran sualları da cavablandırıblar. Görüşün sonunda Azercell tərəfindən Fərid Məmmədova dəyərli hədiyyələr təqdim olunub, xatirə şəkli çəkilib.

Xatırladaq ki, "Azercell Telekom" MMC ötən il Bakıda keçirilən "Eurovision" yarışmasnın Baş sponsoru qismində çıxış edirdi. Bu il isə müsabiqə Azercell-in də aid olduğu TeliaSonera telekommunikasiya şirkətləri qrupunun dəstəyi ilə baş tutub. Azercell yarışma ərəfəsində müxtəlif əyləncəli layihələr icra edib, özünün 4 abunəçisini Malmöyə yarışmanın final mərhələsini izləməyə göndərib.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.