Sumqayıt Elektrik Stansiyası 1 milyard kVt/s-dan çox elektrik enerjisi istehsal edib
21 may, 2013 22:17
2013-cü ilin yanvar-aprel ayları ərzində Sumqayıt Elektrik Stansiyası 1 milyard kilovat-saatdan artıq elektrik enerjisi istehsal edib. Bu barədə "Azərenerji" ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Sumqayıt və Abşeron yarımadasının enerji təminatında əhəmiyyətli rol oynayan stansiya tərəfindən aprel ayında təqribən 210,6 milyon kilovat-saat elektrik enerjisi istehsal edib.