Xəbərlər

Kəmaləddin Heydərov gürcüstanlı nazirlə yeni saziş layihəsini müzakirə edib
21 may, 2013 22:09

 

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Gürcüstanın daxili işlər naziri İrakli Qaribaşvilinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 FHN-in rəsmi saytına istinadən xəbər verir ki, görüşdə nazir Kəmaləddin Heydərov Azərbaycan və Gürcüstan arasında dostluq əlaqələrinin sürətli inkişafından söhbət açaraq hər iki ölkənin müvafiq dövlət qurumları arasında mövcud əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi perspektivləri haqqında danışıb. Nazir, həmçinin görüş zamanı respublikada fövqəladə halların idarə olunması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verib.

Qonaq, öz növbəsində, səmimi qəbula görə təşəkkürünü bildirib və ölkələrimiz arasında aidiyyəti qurumların əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Görüş zamanı imzalanması nəzərdə tutulan "Azərbaycan Respublikasının Hökuməti və Gürcüstan Hökuməti arasında fövqəladə halların nəticələrinin azaldılması, məhdudlaşdırılması və qarşısının alınması sahələri üzrə əməkdaşlığa dair Saziş" layihəsi də müzakirə edilib.Görüşün sonunda nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində olmuş və mərkəzin fəaliyyəti ilə yaxından tanış olub.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.