"Etilen-polietilən" zavodunda iki yeni qurğu istismara verilib
21 may, 2013 22:02
ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azərikimya" İstehsalat Birliyinin Sumqayıtda yerləşən "Etilen-polietilən" zavodunda iki yeni qurğu istismara verilib.
Zavodda suyun soyudulması kompleksi (soyutma sürəti saatda 21 min kubmetr) və azot-oksigen qurğusu istismara verilib.
Qurğuların istismara verilməsi mərasimində ARDNŞ prezidenti Rövnəq Abdullayev, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, "Azərikimya" İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev və Dövlət Neft Şirkətinin digər yüksək vəzifəli nümayəndələri iştirak ediblər.