Xəbərlər

Bakıda Əlil arabasında idman rəqsi üzrə Beynəlxalq festival keçirilib
20 may, 2013 22:43

 

Azərbaycan Milli Paralimpiya Komitəsi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə regionda ilk dəfə olaraq Bakıda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş Əlil arabasında idman rəqsi üzrə Beynəlxalq festival keçirilib.

Komitənin mətbuat xidmətindən  verilən məlumata görə, festival çərçivəsində dünyada ilk dəfə olaraq əlil arabasında idman rəqsi üzrə flaş mob keçirilib.

Festival Milli Paralimpiya Komitəsinin himni ilə başlanıb. Tamaşaçılara paralimpiya hərəkatından bəhs edən video nümayiş olunub. Sonra Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, Polşa, İsrail, Belarus və Qazaxıstandan olan 26 idmançı rəqqas öz rəngarəng nömrələri ilə Dənizkənarı Milli Parka gəzintiyə gəlmiş qonaqlara və şəhərimizin sakinlərinə xoş anlar bəxş edib. Festivalda gənc müğənnilər idmançılara dəstək olaraq öz musiqi nömrələri ilə çıxış ediblər.

Festivalda əlil arabasında idman rəqsinin Paralimpiya Oyunlarına daxil edilməsi məqsədilə iştirakçılar adından Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov tərəfindən imzalanıb və Beynəlxalq Paralimpiya Komitəsinə ünvanlanmış müraciət oxunub. Dünya Paralimpiya idmanında öz dəst-xətti olan ikiqat Paralimpiya çempionu, ikiqat dünya çempionu, dördqat Avropa çempionu, "Şöhrət" ordenli, Heydər Əliyev Fondunun "Qızıl Çinar" mükafatının laureatı İlham Zəkiyev çıxış edərək festival iştirakçılarına dəstək olduğunu bildirib.

Festivalın sonunda Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov festival iştirakçılarına Komitənin xüsusi diplomlarını təqdim edib.

Festival konsert proqramı ilə davam edib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.