Xəbərlər

Əli Həsənov: Rusiya ilə münasibətlər Azərbaycanın xarici siyasətində əsas yer tutur
20 may, 2013 22:35

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibəti ilə keçirilən təntənəli tədbirlərdə iştirak etmək üçün Həştərxana gəlmiş Azərbaycan nümayəndə heyətinin rəhbəri, Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov mayın 20-də Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin ilə görüşmüşdür.

Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin bildirmişdir ki, mayın 20-də Həştərxanda böyük dövlət xadimi Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş təntənəli tədbirlər keçiriləcəkdir. O vurğulamışdır ki, məhz Heydər Əliyevin sayəsində bu gün Azərbaycan ilə Rusiya arasında sıx dostluq əlaqələri yaranmışdır. O demişdir: "Azərbaycan ilə Həştərxan vilayəti arasında münasibətlər xüsusi diqqətə layiqdir, bu münasibətlər Prezident İlham Əliyevin himayəsi altında daha da inkişaf etmişdir".

Qubernator Həştərxanda həyata keçirilmiş sosial layihələrə görə Azərbaycan dövlətinə və Heydər Əliyev Fonduna minnətdarlığını ifadə etmişdir. Aleksandr Jilkin bildirmişdir ki, Heydər Əliyev Fondu ilə birlikdə ekoloji layihə həyata keçirilməsi planlaşdırılır. O demişdir: "Xəzərdə ekoloji təhlükəsizlik və nadir balıq növlərinin qorunub saxlanmasına həsr edilmiş avtoyürüş keçiriləcəkdir. Layihənin məqsədi həm də iki ölkə gənclərinin qarşılıqlı yaxınlaşmasıdır. Avtoyürüş Azərbaycanın və Həştərxan vilayətinin ərazisində keçiriləcəkdir.

Vilayət rəhbəri onu da qeyd etmişdir ki, Azərbaycan tərəfinin fəal iştirakı ilə Həştərxan Dövlət Universitetində Azərbaycan dilinin və Azərbaycan mədəniyyətinin öyrənilməsi üzrə mərkəz yaradılacaqdır. A.Jilkin bildirmişdir ki, həmin mərkəzdə Azərbaycan dili üzrə tərcüməçilər hazırlanacaqdır.

Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov demişdir: "Rusiya ilə münasibətlər Azərbaycanın xarici siyasətində əsas yer tutur". O vurğulamışdır ki, bu siyasətin əsası ümumi lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Heydər Əliyevin bu kursu bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin tərəfindən uğurla davam etdirilir. Ə.Həsənov vurğulamışdır: "Həştərxan vilayəti bu münasibətlərdə xüsusi rol oynayır. Azərbaycan ilə Həştərxan vilayəti arasında hökumətlərarası saziş imzalanmışdır və bu vilayətlə əlaqələr dinamik inkişaf edir".

Şöbə müdiri ulu öndər Heydər Əliyevə həsr edilmiş yubiley tədbirləri keçirilməsi təşəbbüsünə görə Həştərxan vilayətinin rəhbərliyinə minnətdarlığını bildirmişdir.

Görüşdə Bakının Nərimanov rayonu icra hakimiyyətinin başçısı, Milli Məclisin deputatları, Həştərxan vilayətindəki Azərbaycan Diasporunun rəhbərləri iştirak etmişlər.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.