Xəbərlər

"Çoxmədəniyyətli dünyada sülh şəraitində" adlı müsabiqə elan edilib
20 may, 2013 22:19

 

II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Çoxmədəniyyətli dünyada sülh şəraitində" adlı müsabiqə elan edilib.

Mədəniyyət və Turizm Nazirliyindən bazar ertəsi  verilən məlumata görə, 29 may-1 iyun tarixlərində Bakıda keçiriləcək II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycan və BMT Sivilizasiyalar Alyansının təşkilatı dəstəyi ilə Ərəb Liqasına üzv olan ölkələr və Mərkəzi Asiya ölkələri üçün "Çoxmədəniyyətli dünyada sülh şəraitində" adlı müsabiqə elan edilib. Müsabiqə çərçivəsində qalib gələn şəxlər təskilatçılar tərəfindən mükafatlandırılacaq. Ətraflı məlumatı www.unaoc.org saytında əldə etmək mümkündür.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi ilə "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama" şüarı altında bu il 29 may-1 iyun tarixlərində Bakıda II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Forumun əsas tərəfdaşları qismində YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub mərkəzi, İSESKO, BMT-nin Dünya Turizm Təşkilatı çıxış edir. Forumda beynəlxalq qurumların rəhbərləri, bir neçə ölkənin indiki və keçmiş prezidentləri, dünyanın 100-dən çox ölkəsindən nazirlər, ekspertlər, beyin mərkəzlərinin rəhbərləri, alimlər və mədəniyyətlərarası dialoqla məşğul olan mərkəzlərin yüksək səviyyəli nümayəndələri iştirak edəcək.

Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il 27 may tarixində imzaladığı sərəncamla Forum hər iki ildə bir dəfə Bakıda keçirilir və tədbirin əlaqələndirici qurumu kimi Mədəniyyət və Turizm Nazirliyi təyin edilib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.