Xəbərlər

"Azercell" elmi dəstəkləyir
18 may, 2013 22:26

 

Şənbə günü Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan "Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası" keçirilib. "Azercell Telecom"dan şənbə günü Trend-ə verilən məlumata görə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə baş tutan olimpiadada ümumilikdə respublikanın 13 ali təhsil müəssisəsindən 48 komanda iştirak edib.

Bilik yarışmasında ilk 4 yerə layiq görülən komandalara "Azercell Telekom" MMC tərəfindən dəyərli hədiyyələr təqdim olunub.
Sosial yönlü layihələrə milyonlarla vəsait xərcləyən "Azercell Telekom" MMC tələbələrlə əlaqəli təşəbbüslərə də xüsusi diqqət ayırır. Artıq neçə illərdir mövcud olan Tələbə Təqaüdü proqramı çərçivəsində 100-ə yaxın gənc təhsil illərində dəstək alıb. 3 ildir Barama İnnovasiya Mərkəzi ilə birlikdə İKT sahəsində müxtəlif layihələr icra olunub, yeni təşəbbüslər ortaya qoyulub.

Ötən il ölkədə sosial layihələrin həyata keçirilməsi üçün "Azercell Telekom" MMC 1,6 milyon manat, 16 il ərzində isə təqribən 13.2 milyon manat həcmində vəsait sərf edilib. İKT ili elan edilən 2013-cü ildə Azercell bu kimi sosial yönümlü layihələrə daha çox diqqət verəcək.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

"Azercell Telekom" MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, GPRS/EDGE, 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 53% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2012-ci ilin sonuna Azercell abunəçilərinin sayı 4,4 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4G xidmətini təqdim etmişdir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.