Xəbərlər

Azərbaycan və Vyetnam arasında viza rejiminin sadələşdirilməsi imkanları müzakirə edilib
18 may, 2013 22:21

 

Azərbaycanın Vyetnam Sosialist Respublikasındakı səfiri Anar İmanov bu ölkənin xarici işlər naziri Pham Binh Minh ilə görüşüb. Görüş zamanı Azərbaycan-Vyetnam münasibətləri müzakirə edilib, qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində atılması zəruri olan addımlar barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan XİN-in mətbuat xidmətindən verilən məlumata görə, nazir Azərbaycanın Vyetnamda səfirlik təsis etmək qərarını yüksək qiymətləndirib, bu addımın ikitərəfli əməkdaşlığın inkişafına böyük töhfə verəcəyindən əminliyini ifadə edib. P.B.Minh Anar İmanovu Azərbaycanın Vyetnamda səfiri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Nazir ölkələrimiz arasında tarixən sıx dostluq münasibətlərinin mövcud olduğunu bildirib və ölkəsinin Azərbaycanla əlaqələrinin inkişaf etdirilməsinə önəm verdiyini qeyd edib. Nazir Pham Binh Minh Azərbaycan və Vyetnam arasında siyasi dialoqun aktivləşdirilməsinin, yüksək vəzifəli rəsmilərin qarşılıqlı səfərlər həyata keçirməsinin vacibliyini vurğulayıb.

Səfir Anar İmanov Azərbaycan-Vyetnam münasibətlərinin böyük potensiala malik olduğunu qeyd edib, bu potensialdan istifadə etməyin zəruriliyini vurğulayıb. Səfir bu istiqamətdə fəaliyyətin daha da aktivləşdirilməsi məqsədilə Vyetnam tərəfindən də Azərbaycanda səfirlik təsis edilməsinin vacibliyini qeyd edib. Səfir Ermənistanın Azərbaycana qarşı işğalı və bunun nəticələri barədə nazirə ətraflı məlumat verib, ölkəmizin münaqişənin həlli ilə bağlı haqlı mövqeyinin Vyetnam tərəfindən dəstəklənəcəyinə ümid etdiyini bildirib. Səfir Anar İmanov beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimiz arasında sıx əməkdaşlığın qurulmasının vacibliyini vurğulayıb.

Görüş zamanı, həmçinin Azərbaycan vətəndaşları üçün Vyetnama giriş vizasının rəsmiləşdirilməsinin sadələşdirilməsi imkanları müzakirə edilib.

Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov Vyetnam Parlamentinin sədr müavini Uong Chu Luu ilə də görüş keçirib. Görüş zamanı iki ölkə arasında parlamentlərarası əməkdaşlıq müzakirə edilib, Vyetnam Parlamentində Vyetnam-Azərbaycan parlamentlərarası dostluq qrupunun yaradılması imkanları barədə fikir mübadiləsi aparılıb.

Görüşdə, həmçinin Uong Chu Luunun Azərbaycana cari ilin iyun ayının sonuna planlaşdırılan səfərinə hazırlıq məsələləri müzakirə edilib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.