Putin və Pan Gi Mun Suriya və Koreya yarımadasındakı vəziyyəti müzakirə ediblər
18 may, 2013 22:15
Rusiya prezidenti Vladimir Putin və BMT-nin baş katibi Pan Gi Mun Suriya və Koreya yarımadasındakı vəziyyəti müzakirə ediblər.Görüşdə digər beynəlxalq problemlərə də diqqər çəkilib.
Putinin mətbuat katibi Dmitriy Peskov jurnalistlərə deyib ki, tərəflər daha çox Suriya probleminə vaxt ayırıblar.
Onun sözlərinə görə, Putin Pan Gi Muna İsrailin baş naziri Binyamin Netanyahu, Böyük Britaniyanın baş naziri Devid Kemeron ilə keçirdiyi görüşün nəticələri haqqında məlumat verib.
Peskov deyib ki, tərəflər qeyd ediblər ki, bütün problemlərin həllində əsas beynəlxalq hüquq olmalıdır.