Xəbərlər

“Bank of Baku” elektron imza sertifikatlarının verilməsi üzrə xidmətin göstərilməsinə başlayır
18 may, 2013 22:10

 

"Bank of Baku" Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə əməkdaşlıq çərçivəsində elektron imza sertifikatlarının verilməsi üzrə xidmətin göstərilməsinə başlayır. Bankdan verilən məlumata görə, bu əməkdaşlıq Məlumat Hesablama Mərkəzinin bank sektorunda ilk və yeganə əməkdaşlığıdır. Elektron imzanın məqsədi ictimai xidmətləri vətəndaşlara, müəssisələrə, ictimai təşkilatlara operativ və daha rahat şəkildə təqdim etməkdir. Bank kreditlərindən istifadə zamanı elektron imza sahibləri 2 %-lik endirim fürsətindən bəhrələnə biləcək.

Elektron imza internet aləmində imza sahibinin şəxsiyyətinin identikləşdirilməsi vasitəsidir. Elektron imza kağız üzərində qoyulan əl imzasına bərabərdir və imzalanmış istənilən elektron informasiya qəbul edən tərəfə bildirir ki, məlumat göndərən şəxs həqiqətən də göstərilən insandır.

E-imzaya sahib olan Azərbaycan vətəndaşı mənzilindən çıxmadan, əlavə xərclər çəkmədən dövlət orqanına və ya özəl quruma ərizə yaza, sorğu göndərə və ona rəsmi şəkildə cavab ala bilər.

Elektron imza elektron sistemdə imzanın malik olduğu bütün işləri yerinə yetirən, elektron sertifikat vasitəsilə bir elektron məlumata əlavə edilən və məlumatı göndərəni təyin edən bir koddur. Elektron imzanı fiziki və hüquqi şəxslər, habelə dövlət idarələri əldə edə bilər.

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən elektron imza ilə imzalanmış elektron sənədlər əl imzası ilə imzalanmış və möhürlənmiş sənədlərə bərabər tutulur.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.