Xəbərlər

Nəriman Nərimanovun Xatirə Muzeyinin yeni ekspozisiyasının açılışı olacaq
17 may, 2013 18:34

 

18 may Beynəlxalq Muzeylər Günündə görkəmli yazıçı və ictimai xadim Nəriman Nərimanovun əsaslı təmir və bədii tərtibat işləri həyata keçirilmiş Xatirə Muzeyinin yeni ekspozisiyasının açılışı olacaq.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, ekspozisiyada N.Nərimanovun həyat və fəaliyyətinin bütün dövrləri əhatə olunub, ictimai-siyasi və dövlətçilik fəaliyyətinin işıqlandırılmasına xüsusi diqqət yetirilib. Ekspozisiyada bu vaxtadək heç zaman nümayiş etdirilməyərək məxfi saxlanan ən yeni materiallardan - sənədlər, fotoşəkillər, qəzet materialları və sairlərdən istifadə olunub, əsl materiallara (sənədlər, fotolar, şəxsi əşyalara) üstünlük verilib. Ekspozisiyanın bu şəkildə qurulmasının əsas səbəbi N.Nərimanov haqqında bu vaxtadək cəmiyyətdə dolaşan ziddiyyətli fikir və sualların təqdim olunan sənədlər əsasında öz dolğun cavabını tapması, N.Nərimanovun görkəmli dövlət xadimi, milli təmayüllü siyasi xadim kimi tarixdəki rolunun aşkar və şəffaf şəkildə təqdim olunmasıdır.

Ekspozisiyanın açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov, tarix elmləri doktoru, AMEA-nın həqiqi üzvü, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru Nailə Vəlixanlı, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev, nərimanovşünas alimlərdən tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova, fəlsəfə elmləri doktoru Arzu Hacıyeva, tarix üzrə fəlsəfə doktoru Rəna Bayramova, tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarov, siyasi elmlər üzrə fəlsəfə doktoru Qurban Məmmədov, Bakıda fəaliyyət göstərən müxtəlif arxiv və muzeylərin əməkdaşları, yazıçı-tədqiqatçılar, KİV nümayəndələri iştirak edəcəklər.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.