Xəbərlər

Azərbaycanda 3 notariusa töhmət verilib
17 may, 2013 18:31

 

Son vaxtlar notarius kontorlarında korrupsiya faktlarının olması, xüsusilə də artıq rüsumların alınması ilə bağlı vətəndaşlar tərəfindən bir neçə müraciət daxil olub, lakin araşdırmalar zamanı həmin müraciətlərin əsassız olduğu üzə çıxıb.

Bu barədə Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin Notariat İdarəsi rəisi Mehman Soltanov Ədliyyə Nazirliyi və "Şəffaflıq Azərbaycan" Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin "Notariat sahəsində mövcud vəziyyət və aparılan islahatlar. Elektron xidmətlər" mövzusunda keçirdiyi "dəyirmi masa"da bildirib.

Soltanov eyni zamanda qeyd edib ki, 7 notariat kontoruna işində yol verdiyi nöqsana görə xəbərdarlıq edilib, 3 notariusa isə töhmət verilib. O bildirib ki, nöqsanlar əsasən süründürməçilikdən, vətəndaşlarla kobud rəftardan və onlara qanunvericiliyin düzgün izah edilməməsindən ibarət olub.

İdarə rəisi bildirib ki, notariusların işinin səmərəliliyini artırmaq üçün müvafiq treninqlər keçirilib ki, bu da etik davranış, psixoloq məsləhətlərini əhatə edib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.