Xəbərlər

Azərbaycanda bütün notariuslar yaxın günlərdə elektron imzalara keçəcək
17 may, 2013 18:28

 

Azərbaycanda fəaliyyət göstərən bütün notariuslar yaxın günlərdə elektron imzalardan istifadə etməklə əməliyyatların həyata keçirilməsinə başlayacaqlar.Bu barədə Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin Notariat İdarəsinin rəisi Mehman Soltanov Ədliyyə Nazirliyi və "Şəffaflıq Azərbaycan" Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin "Notariat sahəsində mövcud vəziyyət və aparılan islahatlar. Elektron xidmətlər" mövzusunda keçirdiyi "dəyirmi masa"da bildirib.

Onun sözlərinə görə, hazırda Ədliyyə Nazirliyi ilə İqtisadi İnkişaf Nazirliyi birgə böyük layihə hazırlayır. Belə ki, notariat kontorlarında daşınmaz əmlakla bağlı əməliyyat aparıldıqda elektron bazaya girərək müvafiq arayış əldə etmək mümkün olacaq: "Lakin hazırda bu məlumatların verilməsində çətinliklər mövcuddur, çünki Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakla bağlı məlumatların elektron bazasını mükəmməl şəkildə formalaşdırmayıb. Buna baxmayaraq, məlumatların notariuslara ötürülməsi yaxın günlərdə həyata keçiriləcək. Məsələn, vətəndaş "Forma N1" arayışı üçün reyestr xidmətinə müraciət edirdisə, bundan sonra buna ehtiyac olmayacaq. Notariusda reyestr xidmətinin bazasına daxil olmaqla ona uyğun arayış veriləcək. Hazırda danışıqlar aparılır və qanunvericilikdə də müvafiq dəyişikliklər edilməlidir".

Soltanovun fikrincə, ümumiyyətlə, notariuslarda yeni informasiya texnologiyalarının tətbiqi ilə bağlı qanunvericilikdə dəyişikliklər edilməlidir.

Özəl notariuslarla bağlı məsələyə gəlincə, o bildirib ki, hazırda ölkədə ümumi notariusların 35%-dən çoxunu xüsusi notariuslar təşkil edir: "Qanunvericiliklə xüsusi notariusların işinə heç bir məhdudiyyət qoyulmur. Onlar da dövlət notariusları ilə eyni əməliyyatları həyata keçirəcəklər".

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.