Xəbərlər

Azərbaycan biznesi 2013-cü ildə güzəştli maliyyələşdirmənin 60 faizindən istifadə edib
17 may, 2013 18:27

 

Bu gün İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Ağdam rayonunun Xındırıstan kəndində keçirib. Tədbirdə 90-a yaxın məcburi köçkün sahibkar iştirak edib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdən əvvəl Ağdam rayonunun Əfətli kəndində Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına maliyyələşdirilmiş ildə 3,4 min ton süd və 115 ton ət istehsal etmək gücünə malik olan 450 başlıq cins iribuynuzlu müasir heyvandarlıq kompleksinin fəaliyyətinə baxış keçirilib.

Sonra tədbir iştirakçıları üçün Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Ağdam rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və Fond tərəfindən rayonda prioritet hesab olunan müasir soyuducu anbar kompleksinin, kiçik və ya orta həcmli tərəvəz emalı, kiçik həcmli çörək istehsalı müəssisəsinin və kiçik həcmli cins heyvandarlıq təsərrüfatlarının yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu ilin ötən dövrü ərzində 1397 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 145,3 milyon manat güzəştli kredit verilib ki, bu layihələrin reallaşdırılması 5300-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Fondun güzəştli kreditləri hesabına məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə həyata keçirilən layihələr barədə məlumat verən Şirzad Abdullayev "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na uyğun olaraq indiyədək Fond tərəfindən 971 məcburi köçkün sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsinə bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla 20,3 milyon manat kredit verilib.

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Ağdam və ətraf rayonlarda fəaliyyət göstərən 62 məcburi köçkün sahibkara 685,9 min manat güzəştli kredit verilib. Verilmiş kreditlər hesabına 100-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Ümumiyyətlə, indiyədək Yuxarı Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 689 investisiya layihəsinin maliyyələşdirilməsinə 17,4 milyon manat güzəştli kredit verilib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.