Xəbərlər

Rabitə Nazirliyi rouminq tariflərini nəzarət altında saxlayır
17 may, 2013 18:18

 

Dünyada bir çox mobil rabitə operatorları faktiki olaraq qaydaları pozmaqla rouminq xidmətlərinə görə yüksək tariflərin hesabına gəlirlərini artırırlar. Bu barədə jurnalistlərə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Nazirin sözlərinə görə, bu məsələ dəfələrlə beynəlxalq görüşlərdə qaldırılıb və problemin həll olunmasına bir çox ölkələrin operatorları cəlb olunub ki, bu da həmin növ xidmətə görə tariflər tədricən azaldılacağı barədə danışmağa imkan verir: "Azərbaycanda fəaliyyət göstərən mobil operatorların tarifləri yüksək deyil və tamamilə məqbuldur. Buna sübut olaraq, mobil şəbəkələrdə istifadə edilən trafikin artmasını göstərmək olar".

Onun fikrincə, yalnız Azərbaycan üçün deyil, həmçinin dünyanın digər ölkələri üçün xarakterik olan rouminqlə bağlı problemlər hələ də öz aktuallığını qoruyur: "Və biz tənzimləyici orqan kimi lokal operatorların rouminq tariflərini nəzarət altında saxlayırıq. Bununla yanaşı, bu növ xidmətə görə tariflərin azaldılması digər ölkələrin operatorlarının tariflərindən də asılıdır".

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.