Xəbərlər

VTB Qrupu Azərbaycanı prioritet regionlardan biri hesab edir
17 may, 2013 18:17

 

Azərbaycan VTB Qrupu üçün prioritet regionlardan biridir.Bu barədə Bank VTB-nin (Azərbaycan) Bakıda yeni baş ofisinin açılış mərasimi zamanı jurnalistlərə Bank VTB ASC-nin Törəmə banklar departamentinin direktoru Mixail Yakunin bildirib.

Yakunin vurğulayıb ki, yeni ofisin açılışı Bank VTB-nin (Azərbaycan) inkişafının yeni mərhələsini göstərir: "Azərbaycan-Rusiya əlaqələrinin bir sıra istiqamətlər üzrə əməkdaşlıq çərçivəsində yeni inkişaf mərhələsinə qədəm qoyduğu bir vaxtda yeni ofisin açılışı bu ikitərəfli münasibətlərin inkişafında daha bir addımdır".

Mərasimdə çıxış edən Bank VTB-nin (Azərbaycan) İdarə Heyətinin sədri Aleksandr Yeryomin bankın əməkdaşlarına, həmkarlarına və VTB-nin digər törəmə strukturlar üzrə tərəfdaşlarına öz minnətdarlığını bildirib: "Bizi həmişə dəstəkləyən və kömək edən, həmişə vacib məsələlərin müzakirəsinə vaxt ayıran, həmçinin bankın inkişafı üçün əlindən gələni edən səhmdarlara da öz təşəkkürümü bildirirəm".

Onun sözlərinə görə, bank gələcəkdə də inkişaf etmək niyyətindədir: "Artıq sentyabr ayında bankın işçi ştatının artırılması ilə əlaqədar ofisin 30 faizədək genişləndirilməsi barədə saziş bağlanıb".

Qeyd edək ki, bu gün Bank VTB-nin (Azərbaycan) "Nizami" filialı və baş ofisinin rəsmi açılışı olub.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.