Xəbərlər

Azərbaycan və Aİ payızda viza rejiminin sadələşdirilməsi barədə saziş imzalayacaqlar
17 may, 2013 18:14

 

Azərbaycan və Avropa İttifaqı (Aİ) bu ilin noyabrında viza rejiminin sadələşdirilməsi barədə saziş imzalamağa hazırlaşırlar. Bu barədə cümə günü  Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan və Aİ danşıqları mayın sonunadək başa çatdırmaq və sazişi noyabrın 28-29-da Vilnüsdə keçiriləcək "Şərq tərəfdaşlığı" dövlətlərinin üçüncü sammiti zamanı imzalamaq niyyətindədirlər.

Bu məsələ üzrə danışıqların sonuncu raundu martın 11-12-də Brüsseldə baş tutub.

Məmmədquliyev qeyd edib ki, danışıqların növbəti raundunun keçirilməməsi ehtimalı var, çünki qalan məsələləri müasir texnologiyalardan istifadə etmək yolu ilə həll etmək mümkündür:

"Demək olar ki, bir çox məsələlər artıq həll edilib, bir-iki xırda məsələ qalıb. Onları artıq yaxın vaxtlarda həll edəcəyik. Bəzi prosedurları həyata keçirdikdən sonra noyabrda keçiriləcək Vilnüs sammiti zamanı imzalamağı planlaşdırırıq".

Onun sözlərinə görə, sadələşdirilmiş rejim saziş imzalandıqdan və qüvvəyə mindikdən dərhal sonra tətbiq ediləcək.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.