Xəbərlər

Əmək Nazirliyi əlillərin asudə vaxtının təşkili sahəsində tədbirləri davam etdirir
17 may, 2013 17:55

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin asudə vaxtının təşkili istiqamətində tədbirlər uğurla davam etdirilir.

Bu tədbirlər çərçivəsində cari il ərzində 570 nəfər əlilliyi olan şəxsin Qəbələ, 230 nəfər əlilliyi olan şəxsin isə Lənkəran rayonunda yerləşən istirahət mərkəzlərində 10 günlük istirahəti təşkil olunacaq. Mayın 18-dən etibarən əlillərin istirahət mərkəzlərinə göndərilməsinə başlanacaq.

Əvvəllərdə olduğu kimi, bu il də istirahətə göndərilənlər arasında Azərbaycanın Respublikasının ərazi bütövlüyü və Konstitusiya quruluşu uğrunda döyüşlərdə fiziki sağlamlığını itirmiş şəxslərə üstünlük verilir. İstirahət mərkəzlərinə göndərilən əlillərin istirahətləri xüsusi mədəni-kütləvi proqram əsasında təşkil ediləcək.

Belə ki, istirahət günlərində əlillər üçün stolüstü oyunlar (stolüstü tennis, bilyard, nərd, şahmat, dama, domino və s.), habelə futbol və voleybol üzrə yarışların, müxtəlif idman alətləri ilə məşqlərin, ətraf rayonlara və tarixi yerlərə gəzinti turlarının, onlar üçün tibbi və fizoterapevtik prosedurların və s. təşkili həyata keçiriləcək. Əlillər istirahət mərkəzlərinə, habelə istirahət günlərində müxtəlif turlara xüsusi nəqliyyat vasitəsi ilə aparılıb gətiriləcək.

Qeyd edək ki, əlilliyi olan şəxslərin istirahət zonalarında asudə vaxtının təşkili "2013-cü ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı"nda nəzərdə tutulub.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.