Xəbərlər

Azərbaycanın Vyetnamdakı səfiri etimadnaməsini bu ölkənin Prezidentinə təqdim edib
17 may, 2013 17:45

Azərbaycanın Vyetnam Sosialist Respublikasındakı səfiri Anar İmanov etimadnaməsini bu ölkənin Prezidenti Truong Tan Sanga təqdim edib.

Etimadnamənin təqdimat mərasimində səfir Anar İmanov Azərbaycanın Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Vyetnam Prezidentinə çatdırıb.

Səfir ölkəmizin Vyetnamla münasibətlərin inkişafına önəm verdiyini bildirərək, qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi üçün potensialın olduğunu və bu əlaqələrin inkişafı istiqamətində səy göstərəcəyini nəzərə çatdırıb.

Vyetnam Sosialist Respublikasının Prezidenti Truong Tan Sang Prezident İlham Əliyevin salamlarına və xoş arzularına görə təşəkkür edərək, öz salamlarını və xoş arzularını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə çatdırılmasını xahiş edib və Prezident İlham Əliyevi ölkəsinə səfərə dəvət edib. Vyetnam Prezidneti Anar İmanovu Azərbaycanın Vyetnama səfiri təyin olunması münasibəti ilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.

Prezident Truong Tan Sang, həmçinin, ölkələrimiz arasındakı əməkdaşlığın dərin tarixi olduğunu və ölkəsinin bu əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduğunu vurğulayıb. O, həmçinin, Vyetnamın neft sektorunun inkişafında azərbaycanlı mütəxəssislərin böyük rol oynadığını məmnunluqla qeyd edib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.