Xəbərlər

Türkiyədə istirahət üçün paketlərin qiymət artımının səbəbi açıqlandı
16 may, 2013 14:31

 

Türkiyədə istirahət etmək istəyənlər üçün təklif edilən paketlərin qiyməti yalnız həmin ölkənin hotellərində qiymətlər bahalaşdıqda yüksəlir. Bunu Azərbaycan Turizm Assosiasiyasının sədri (AzTA) Nahid Bağırov deyib.

Onun sözlərinə görə, lakin Türkiyədəki hotellərin qiymətləri bahalaşmadığı üçün təklif edilən paketlərin də qiymətləri artmayıb.

O bunu keçirdikləri monitorinqin nəticələrinə əsasən söylədiyini bildirib: "Keçən illə müqayisədə bu il nə biletlərin, nə də hotellərin qiyməti artıb. Qiymətlər ötənilki kimidir. Ucuz yerlər satıldıqdan sonra kimsə gəlib hoteldə qalmaq istədiyini deyir. Cavab olaraq, ancaq bahalı yerlərin qaldığı bildirilir. Onda da deyirlər ki, turizm şirkətləri qiymətləri qaldırıb".

Bağırov deyib ki, başqa dövlətlərin turistləri 4-5 ay əvvəldən istirahət etmək istədikləri ölkənin hotelində yer rezervasiya edirlər. Ancaq Azərbaycan vətəndaşları bunu etmirlər.

Assosiasiya sədri bildirib ki, yay aylarında Türkiyədə dincəlmək istəyənlər mayın 1-dək yerləri bronlaşdırsaydı, hotellər 20-30 faiz endirim edərdilər. Vətəndaşlar yerləri nə qədər gec bronlaşdırırlarsa, paketlərin qiyməti də bir o qədər baha olur.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.