Xəbərlər

"Unibank" şopinq festivalına başlayır
16 may, 2013 14:28

 

"Unibank"ın ALBALI kart sahiblərini böyük sürprizlər gözləyir. Mayın 20-dən başlayan və 28-dək davam edən Albalı şopinq festivalı çərçivəsində ALBALI kart sahibləri 28 MALL ticarət mərkəzindəki Zara, Mango, İdeal, Romantic və digər partnyor mağazalarda etdikləri bütün alış-verişlərdə, əlavə 3 ay taksit ilə ödəmə imkanı qazanacaqlar. 

Yəni mağaza tərəfindən ALBALI kartla dəyəri 6 aya ödənilən məhsul üçün, əlavə 3 aylıq taksit də Unibank rərəfindən hədiyyə edilir. Bundan başqa "Unibank"ın 28 MALL-dakı seçilmiş partnyor mağazalarından ALBALI kartla ödəniş edənlərə müxtəlif endirimlər ediləcək, hədiyyələr veriləcək. Bir sözlə, festival qatılan hər kəs hədiyyə qazanacaq.

"Unibank"ın ALBALI kartı qısa müddət ərzində geniş əhali kütləsi arasında ən çox tələbat duyulan kart məhsuluna çevrilib. ALBALI kartı tamamilə pulsuzdur. Bu kart paytaxtdakı 700-dən artıq partnyor mağazada məhsul və xidmətlərin qiymətini aylar üzrə hissə-hissə ödəmək imkanı verir. ALBALI kartla alınan malın dəyəri bərabər hissələrə bölünərək, bir neçə ay ərzində (12 aya qədər) və hər ayın 1-dən 10-dək ödənilir. Məsələn, siz "Unibank"ın partnyor-mağazasından120 manatlıq alış-veriş edirsiniz. Mağaza bu məhsulu 12 aylıq taksitlə satırsa, siz hər ay cəmi 10 manat ödəyirsiniz. Ödənişi "Unibank"ın istənilən filialındakı Cash-in terminallarının köməyi ilə və ya www.unibank.az saytında onlayn aparmaq mümkündür.

Müştərilər ALBALI kartı "Unibank"ın istənilən filialından heç bir komissiya haqqı ödəmədən, illik faiz dərəcəsi 0% olan kreditlə, tamamilə pulsuz olaraq ala bilərlər. 3 il müddətinə 3000 AZN-dək kredit cəlb etməyə imkan verən ALBALI kartı, bankomat vasitəsilə 200 AZN-dək nağd pulu almağı da mümkün edir. ALBALI kartı sifariş etmək çox asandır. Kartı əldə etmək üçün sadəcə online sifariş anketini doldurmaq və ya sizə ən yaxın olan filiala yaxınlaşmaq yetər. Sifariş anketini http://www.albali.az/sifarish-et/ ünvanından doldura bilərsiniz.

"Albalı" kartı ilə baglı bütün məlumatları www.albali.az internet saytından, "Unibank"ın facebook səhifəsindən https://www.facebook.com/albalikart və ya 117 nömrəsindən öyrənmək mümkündür.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.