Xəbərlər

Azərbaycan və Misir ictimai diplomatiya sahəsində əməkdaşlığı genişləndirir
16 may, 2013 14:26

 

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bu ölkəyə səfəri çərçivəsində Misirin Xarici İşlər Nazirliyinin İctimai diplomatiya və media departamentinin rəisi, səfir Bahir Helmi ilə görüşüb.

Görüş əsnasında Elman Abdullayev həmsöhbətinə Azərbaycanın xarici siyasəti, həyata keçirdiyi humanitar layihələr və ictimai diplomatiya siyasətinin əsas istiqamətləri barəsində məlumat verib. O, Azərbaycan ilə Misirin tarixi dostluq əlaqələrini bölüşdüyünü qeyd edərək, bütün sahələrdə olduğu kimi ictimai diplomatiya sahəsində də birgə maraq dairəsində olan istiqamətlər üzrə əməkdaşlığın mümkünlüyünü bildirib. Bu xüsusda Fələstin məsələsinə toxunan Elman Abdullayev, Azərbaycan ev sahibliyi ilə bu ilun iyununda Fələstin üzrə Bakıda keçiriləcək donor konfransı haqqında məlumat verib.

Ermənistan-Azərbaycan münaqişəsi və onun törətdiyi fəsadlar barəsində ətraflı danışan Elman Abdullayev, Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin Şarm Əl-Şeyx toplantısında və İƏT-in Qahirə sammitində bu münaqişə ilə əlaqədar qəbul edilmiş qərarların siyasi əhəmiyyətindən danışmış və bu xüsusda Misirin tutduğu mövqeyin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib.

Bahir Helmi Azərbaycan və Misir xalqlarının tarixi dostluq və qardaşlıq ənənələrindən danışaraq, Misirin daim Azərbaycanla əlaqələrə mühüm əhəmiyyət verdiyini qeyd edib və digər sahələrdə olduğu kimi, ictimai diplomatiya sahəsində də iki ölkə arasında əməkdaşlıq və təcrübə mübadiləsi üçün münbit imkanların olduğunu diqqətə çatdırıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.