Xəbərlər

"Akkord" korporasiyası və Avstriyanın "Unger" şirkəti arasında memorandum imzalanıb
16 may, 2013 14:22

 

2013-cü il mayın 13-də Avstriyanın paytaxtı Vyana şəhərində Avstriya-Azərbaycan biznes forumu keçirilib. Biznes forumda Azərbaycanın və Avstriyanın 200-dən artıq şirkətinin rəhbər və nümayəndələri iştirak ediblər. Avtsriyada rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev və Avstriyanın Federal Prezidenti Haynts Fişer forumu ziyarət etmiş və forum iştirakçılarına nitqlə müraciət ediblər. Prezidentlər Avstriya və Azərbaycan işgüzar dairələri arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini və perspektivlərini vurğulayıblar.

Forum çərçivəsində "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC ("Akkord" Korporasiyası) və Avstriyanın "Unger Stahlbau" GmBH ("Unger" şirkəti) arasında Azərbaycanda metal konstruksiyaların istehsalı üzrə müasir zavodun qurulması və metal konstruksiyaların istifadəsi ilə müxtəlif tikinti layihələrində birgə iştirak barədə anlaşma memorandumu imzalanmışdır. Memorandum "Akkord" Korporasiyası adından Direktorlar Şurasının sədri Xaqani Quluzadə, "Unger" şirkəti adından isə icraçı direktor Cozef Unger tərəfindən imzalanıb.

1952-ci ildən fəaliyyətə başlayan "Unger" şirkəti dünyanın metal konstruksiyaların istehsalı və istifadəsi ilə tikinti layihələrini icra edən aparıcı şirkətlərindən biridir. Hazırda dünyanın 20 ölkəsində filial və nümayəndəlikləri fəaliyyət göstərir.

"Akkord" Korporasiyası Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı kimi dünyanın nəhəng maliyyə institutları tərəfindən maliyyələşdirilən layihələrin həyata keçirilməsində böyük təcrübə qazanmışdır. Son illərdə "Akkord" Korporasiyası "Bouygues" (Fransa), "Freyssinet" (Fransa), "Salini" (İtaliya), "Condotte" (İtaliya), "Herrenknecht" (Almaniya), "SINOMA" (Çin), Ungersteel (Almaniya) kimi dünyanın nəhəng tikinti və istehsal şirkətləri ilə əməkdaşlıq sahəsində böyük nailiyyətlər əldə edib.

Korporasiya Gürcüstan, Ukrayna, Qazaxıstan, Özbəkistan və Türkiyədə də müxtəlif infrastruktur layihələri həyata keçirir. Həmçinin Almaniya Federativ Respublikasının Frankfurt şəhərində korporasiyanın nümayəndəliyi fəaliyyət göstərir.

Hazırda 5000-dən artıq işçisi olan "Akkord" korporasiyası fəaliyyətində "hər şey insan üçün" fəlsəfəsini əsas götürür. Korporasiyada nəinki Azərbaycandan, həmçinin İtaliya, Almaniya, Böyük Britaniya, Fransa, BƏƏ, Çin, Türkiyə və Gürcüstandan dəvət olunmuş təcrübəli mütəxəssis heyəti çalışır.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.