Xəbərlər

Azərbaycana gələn turistlərin vizaalma prosedurları yeni sənədlə müəyyənləşdiriləcək
16 may, 2013 14:20

 

Azərbaycana gələn turistlərin vizaalma prosedurları yeni sənədlə müəyyənləşdiriləcək.

Milli Məclisdən bildirib ki, yeni hazırlanan Miqrasiya Məcəlləsində ölkəyə gələn turistlərlə bağlı məsələlər dəqiqləşdirilərək verilib.

Belə ki, Məcəllədə turizm məqsədi ilə verilən giriş vizasında ölkədə qalma müddəti 30 günədək müəyyən edilir. Vizanın rəsmiləşdirilməsi üçün səfərin turizm məqsədi ilə həyata keçirildiyini təsdiqləyən turizm vauçeri və ya turizm yollayışı, yaxud sərnişin bileti və mehmanxanada, kempinqdə, turist bazasında və ya digər bu kimi obyektlərdə yer sifarış edilməsini təsdiq edən sənəd tələb olunur.

Qeyd edək ki, 2011-ci ildən turistlərə elektron vizaların verilməsi də qanunvericiliyə daxil edilmişdi.

Milli Məclisdə birinci oxunuşda qəbul olunan Miqrasiya Məcəlləsində də elektron vizalarla bağlı məsələyə xüsusi maddə ayrılıb.

Qeyd olunub ki, əcnəbilər Azərbaycanda qanuni əsaslarla fəaliyyət göstərən turizm şirkətlərinə birbaşa və ya yaşadıqları ölkələrdə həmin şirkətlərin tərəfdaşı olan turizm şirkətləri vasitəsi ilə müraciət edə bilərlər. Onlar elektron ərizə-anketi dolduraraq, şəxsin pasportunun, fotoşəklinin və səfərin turizm məqsədi ilə həyata keçirildiyini təsdiq edən sənədlərin skan edilmiş surətlərini əlavə etməlidirlər. Sənədlər daxil olduqdan sonra onlara ən geci 10 gün keçənədək baxılır və viza rəsmiləşdirilərək, elektron qaydada müraciət edən turizm şirkətinin elektron poçt ünvanına göndərilir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.