Xəbərlər

Elman Abdullayev: Azərbaycan qlobal problemlərin həllinə böyük töhfə verir
16 may, 2013 14:19

 

Qahirə Universitetinin İqtisadiyyat və Siyasi elmlər fakültəsində fəaliyyətə başlayan "Azərbaycan tədris proqramı" çərçivəsində Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev Azərbaycanın xarici siyasəti və Ermənistan-Azərbaycan münaqişəsi mövzusunda çıxış edib.

XİN-nin rəsmi saytına istinadən xəbər verir ki, çıxışında Azərbaycanın tarixi inkişaf yolu, dövlətçilik ənənələri və regionda oynadığı rol barəsində danışan Elman Abdullayev Çar Rusiyasının şərqə doğru genişlənməsi və Cənubi Qafqaz regionunun işğalı və bundan sonra süni köçürmə vasitəsilə tarixi Azərbaycan torpaqlarında ermənilərin demoqrafik mövcudluğunun yaradıldığını qeyd edərək, Ermənistan-Azərbaycan münaqişəsinin köklərinin məhz buradan qaynaqlandığını bildirib və iyirminci yüzillik ərzində ermənilərin Azərbaycana qarşı irəli sürdükləri ərazi iddiaları və münaqişəsinin cari vəziyyətindən danışıb.

Ermənistanın işğalçılıq siyasəti, erməni terroru və bu xüsusda Ermənistan tərəfindən həyata keçirilən etnik təmizləmə və Xocalı soyqırımı barəsində ətraflı danışan Abdullayev, münaqişənin həllinə dair Azərbaycanın mövqeyi, Azərbaycanın region və onun hüdudlarından kənarda çiçəklənmə və inkişafa verdiyi töhfələr haqqında ətraflı məlumat verib.

Gürcüstan və Türkiyə ilə qurulmuş enerji və nəqliyyat əməkdaşlığını və Azərbaycanın bu əməkdaşlığın ərsəyə gətirilməsi və inkişafında oynadığı xüsusi rolu qeyd edən Abdullayev, Ermənistanın öz mənfur siyasətinə görə regional inkişafdan kənarda qaldığını və üzləşdiyi sosial, demoqrafiq və iqtisadi çətinlilklərin fövqündə tənəzzülə doğru getdiyini bildirib.

Abdullayev əldə edilmiş siyasi sabitlik, iqtisadi inkişaf və sosial rifah nəticəsində Azərbaycanın müstəqil, şəffaf və aydın xarici siyasət yürütdüyünü və bu siyasətin artıq regional müstəvidən qlobal müstəviyə doğru irəlilədiyini qeyd edərək, bu xüsusda Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi oynadığı rol, qlobal problemlərin həllinə verdiyi müsbət töhfələrindən danışıb və etibarlı tərəfdaş kimi qəbul olunan Azərbaycan ilə daha sıx əməkdaşlıq qurmaqda maraqlı olan dövlətlərin sayının və coğrafiyasının olduqca geniş olduğunu bildirib.

Qahirə Universitetinin İqtisadiyyat və Siyasi elmlər fakültəsində Asiya araşdırmalar mərkəzinin nəzdində "Azərbaycan araşdırmalar bölməsi" təsis edilib və bu bölmə tərəfindən mayın 13-19-da tələbələr üçün "Azərbaycan tədris proqramı" fəaliyyətə başlayıb. Proqramda 50-dən artıq tələbə iştirak edir. Bu tədris proqramının gələcəkdə daha da inkişaf etdirilməsi planlaşdırılır.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.