Xəbərlər

Dünya şöhrətli yazıçının ev muzeyində “Azərbaycan guşəsi” açılıb
16 may, 2013 14:10

 

Rusiyanın Rostov vilayətində yerləşən Mixail Şoloxovun ev muzeyinə dünya şöhrətli yazıçının Azərbaycan dilində nəşr edilən kitabları təqdim edilib və orada "Azərbaycan guşəsi" açılıb.

Məlumata görə, guşə Dünya Azərbaycanlı Gənclər Birliyi tərəfindən reallaşdırılan "Azərbaycan guşəsi" adlı layihə çərçivəsində açılıb.

Qeyd edək ki, layihə çərçivəsində dünya şöhrətli yazıçı və şairlərin ev muzeyləri, fondlarında Azərbaycan dilində nəşr olunmuş əsərlərdən ibarət guşə yaradılır.

Yaxın zamanlarda digər yazıçı və şairlərin ev muzeylərinə Azərbaycan dilində əsərlərin göndərilməsi və həmin muzeylərdə Azərbaycan guşələrinin açılması nəzərdə tutulur.

Bu siyahıya Ernest Heminquey, Mark Tven, Conatan Svift, Teodor Drayzer, Viktor Hüqo, Migel de Servantes, Cek London, Gi de Mopassan, İohann Höte, Fyodr Dostoyevski, Lev Nikolayeviç Tolstoy və s. yazıçılar, şairlər daxildir.

Layihənin məqsədi ev muzeylərində Azərbaycan guşəsi yaratmaqla Azərbaycan oxucusunun dünya ədəbiyyatına marağını, verdiyi əhəmiyyəti göstərməkdir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.