Xəbərlər

Avropa Parlamentində Azərbaycanın tolerantlıq modelinin təbliğinin zəruriliyi vurğulanıb
16 may, 2013 14:03

 

Avropa Parlamentində Azərbaycanın tolerantlıq modeli müzakirə olunub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Avropa Parlamentində Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə "Azərbaycanın tolerantlıq modeli" adlı tədbir keçirilib.

Tədbirdə qonaq qismində Avropa Parlamentinin deputatları iştirak ediblər. Tədbirdə məruzə ilə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici Əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli Azərbaycan Respublikasında dini tolerantlığın tarixi kökləri və müasir vəziyyəti, dövlət-din münasibətləri barədə iştirakçılara məlumat verərək bildirib ki, Azərbaycanın dünyaya örnək ola biləcək unikal tolerantlıq modelinin əsasında Azərbaycan xalqının dərin mədəniyyətə əsaslanan milli xüsusiyyətləri ilə yanaşı Azərbaycan dövlətinin bu istiqamətdə məqsədyönlü şəkildə apardığı tolerantlığı və qarşılıqlı hörməti təşviq edən siyasəti də dayanır.

Məruzədə sadalınmış tolerantlıq nümunələri, həmçinin bu istiqamətdə Azərbaycan dövlətinin gördüyü işlər Avropa Parlamentinin deputatları tərəfindən maraqla qarşılanıb. Avropa Parlamentinin bolqarıstanlı üzvü Yevgeni Kirilov və estoniyalı üzvü Kristina Oyuland Azərbaycanın tolernatlıq modelinin örnək model olaraq bütün dünyada daha geniş təbliğ olunmasının zəruriliyini vurğulayıblar.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.