UEFA kuboku Londona getdi
16 may, 2013 13:48
Bu gün UEFA Avropa Liqasının 2012/2013-cü il mövsümünə yekun vurulub.
Məlumata görə, final görüşündə Portuqaliyanın "Benfika" və İngiltərənin "Çelsi" futbol klubları qarşılaşıblar.
Niderlandın "Amsterdam Arena" stadionunda keçirilən oyunun ilk hissəsində qol qeydə alınmayıb.
İkinci hissənin əvvəlində Oskar Kardoso ingilislərin qapısına yol tapsa da, qol qeydə alınmayıb - ofsayd.
60-cı dəqiqədə Fernando Torres portuqaliyalıları məyus edib (0:1)
68-ci dəqiqədə Kardoso "Çelsi"nin qapısına təyin olunan penalti zərbəsini dəqiq yerinə yetirib (1:1). Matçın son dəqiqələrində isə ingilislər Bronislav İbaniviçin qolu ilə yenidən önə keçiblər (2:1).
Matçda başqa qol olmayıb və "Çelsi" UEFA Avropa Liqasının qalibi olub.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı