Xəbərlər

Azərbaycan NATO Parlament Assambleyasının yaz sessiyasında təmsil olunacaq
15 may, 2013 22:08

 

Mayın 17-də Lüksemburqda NATO Parlament Assambleyasının yaz sessiyası öz işinə başlayacaq. Sessiyada Azərbaycanı Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

Milli Məclisin mətbuat xidmətindən  verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə deputatlardan Siyavuş Novruzov, Tahir Süleymanov və Məlahət İbrahimqızı daxildirlər.

Sessiyanın iclaslarında Suriyada müharibənin regional təhlükəsizlik üçün nəticələri, NATO-nun Mərkəzi Asiya ilə tərəfdaşlığı, məlumatların mühafizəsi və kiber təhlükəsizlik, Gürcüstanın Avro-atlantik məkana inteqrasiyası, Şimali Amerikada qeyri-adi qaz bumunun geosiyasi nəticələri, əməliyyatlarda və çoxtərəfli əməkdaşlıqda Lüksemburqun iştirakı, Əfqanıstanın gələcəyi, raketdən müdafiə sahəsində son proseslər, NATO hərbçiləri üçün yeni enerji ideyaları və digər mövzularda məruzələr dinləniləcək, fikir mübadiləsi aparılacaq.

NATO Parlament Assambleyasının yaz sessiyası mayın 20-də başa çatacaq.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.