Penitensiar Xidmət amnistiya haqqında qərarın icrasına başladı
15 may, 2013 22:07
Milli Məclisin amnistiya haqqında qərarının Penitensiar Xidmət üzrə icrasına başlanılıb.
Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 07.05.2013-cü il tarixli Qərarının 1.1-ci bəndinə müvafiq olaraq, Xidmətin tabeliyində olan məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən 18 nəfər məhkum 15.05.2013-cü il tarixdə cəzadan azad edilib.