Xəbərlər

Kann kinofestivalında Azərbaycan pavilyonu açılıb
15 may, 2013 22:01

 

2013-cü il mayın 15-dən 26-dək Fransanın Kann şəhərində 66-cı beynəlxalq kinofestival keçiriləcək. Festival Avstraliya rejissoru Baz Lurmanın "Dahi Qetsbi" filmi (baş rolda Leonardo Di Kaprio) ilə açılacaq.

 Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumat verir ki, müsabiqə proqramına Nikolas Vindinq Refn, Roman Polanski, Fransua Ozan kimi rejissorların filmləri də daxildir. Festivala fransalı rejissor Jerome Sallenin "Zulu" kriminal trilleri ilə yekun vurulacaq.

Ekran əsərlərini məşhur Amerika rejissoru və prodüseri Stiven Spilberqin başçılıq etdiyi münsiflər heyəti dəyərləndirəcək. Heyətə hindistanlı aktrisa Vildya Balan, yapon rejissor Naomi Kavase, amerikalı aktrisa Nikol Kidman və başqaları daxildir.

Ölkəmiz ötən il olduğu kimi, bu il də festivalda öz pavilyonu ilə təmsil olunacaq. Azərbaycan nümayəndə heyətinə Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin Kino yaradıcılığı sektorunun müdiri Yusif Şeyxov, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov, "Azanfilm"in direktoru Fariz Əhmədov, kinorejissor Ayaz Salayev və digər şəxslər daxildir.

Azərbaycan pavilyonunda son illərdə lentə alınmış filmlərimiz, kinomuzun tarixini və bu gününü əks etdirən çap və reklam məhsulları nümayiş etdiriləcək. "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov xarici prodüserlərlə görüşlər keçirəcək. Ölkəmizin biznes və turizm imkanlarını nümayiş etdirən disklər, reklam və videoçarxlar festivalın qonaqlarına və iştirakçılarına təqdim ediləcək.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.