Xəbərlər

İqtisadi İnkişaf Nazirliyinin Telefon Məlumat Mərkəzinə indiyədək 20 minə yaxın müraciət edilib
15 may, 2013 21:45

 

İqtisadi İnkişaf Nazirliyinin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı sualların operativ və vaxtında cavablandırılması məqsədilə yaradılmış 195-2 Telefon Məlumat Mərkəzinə bu ilin aprel ayında 550-ə yaxın müraciət daxil olub.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, müraciətlər, əsasən, sahibkarlıq fəaliyyəti, güzəştli kreditlər, istehlakçıların hüquqlarının müdafiəsi, eləcə də nazirliyin səlahiyyətlərinə aid olan digər məsələləri əhatə edib.

Ümumilikdə isə İqtisadi İnkişaf Nazirliyinin Telefon Məlumat Mərkəzinə indiyədək 19500-ə yaxın müraciət edilib.

Telefon Məlumat Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılır, araşdırma tələb edilən müraciətlər isə müvafiq qaydada qeydiyyata alınaraq, nazirliyin aidiyyəti strukturları tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə baxılır və müvafiq tədbirlər görülür.

Qeyd edək ki, ölkənin istənilən ərazisindən stasionar və mobil telefonlardan 195-2 Telefon Məlumat Mərkəzinə zəng etməklə nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciətlərə cavab almaq mümkündür. Telefon xidməti canlı rejimdə, qanunvericiliklə təsdiq edilmiş iş günlərində, fasiləsiz olaraq saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir. Mərkəz tərəfindən göstərilən telefon məlumat xidməti ödənişsizdir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.