Xəbərlər

Hüseynqulu Bağırov Şirvan şəhərində vətəndaşları qəbul edib
15 may, 2013 21:36

 

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Şirvan şəhərində vətəndaşların qəbulunu keçirib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, mayın 15-də nazir Hüseynqulu Bağırov Şirvan, Salyan, Neftçala, Hacıqabul, Saatlı və Sabirabad rayonlarında yaşayan vətəndaşlarla Şirvan şəhərində yerləşən Mərkəzi Mədəniyyət Evində görüşüb, onların şikayət və təkliflərini dinləyib.

Görüşdə nazirlə birlikdə nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərləri iştirak ediblər və bölgə rayonlarından olan 50-yə qədər vətəndaşın müraciətinə baxılıb.

Nazir hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun surətdə dərhal həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib, müraciətlərin bir hissəsi elə yerindəcə öz həllini tapıb.

Qeyd edək ki, belə xarakterli görüşlərin ölkənin digər regionlarında da təşkilinin davamı nəzərdə tutulur.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.