Xəbərlər

Pakistanın nüfuzlu jurnalında AXC-nin banilərindən biri Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyi ilə əlaqədar məqalə dərc olunub
15 may, 2013 21:32

 

Pakistanın "Diplomatik Star" jurnalında Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, parlamentin sədri Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinə həsr edilmiş "Diplomatiya ustası" adlı məqalə nəşr edilmişdir.

Azərbaycanın Pakistandakı səfirliyindən verilən məlumata görə, "Siyasət qədər çox elastik və dəyişkən heç bir şey yoxdur" sözləri ilə başlayan yazıda hər bir xalqın öz biliyi, təcrübəsi və vətənə sadiqliyi ilə seçilən tanınmış siyasi xadimlərinin olduğu, Əlimərdan bəy Topçubaşovun Azərbaycan xalqı üçün belə bir şəxslərdən biri olduğu qeyd edilmişdir.

Məqalədə Ə.Topçubaşovun Tiflis gimnaziyasını bitirdikdən sonra 1897-ci ildə Zeynalabdin Tağıyevə məxsus olan "Kaspi" qəzetinin baş redaktoru işlədiyi, qısa müddətdə Rusiya İmperiyasında müsəlman və türk xalqlarının diskriminasiyasına qarşı mübarizə aparan tanınmış müsəlman liderinə çevrildiyi bildirilmişdir.

Yazıda Ə.Topçubaşovun 15.03.1905 tarixində İmperiyanın müsəlman subyektlərinin siyasi hüquqlarının təmin edilməsi tələbini irəli sürən Azərbaycan ziyalıları və bürokratiyasının toplantısının təşkilatçılarından biri olduğu vurğulanmışdır.

Ə.Topçubaşovun Rusiyada ilk müsəlman "İttifaqi-əl-Müslimin" siyasi partiyasının təsisçisi, Rusiya Dumasında Müsəlman fraksiyasının rəhbəri olduğu, Dumanın 1906-cı ildə buraxılmasından sonra həbs edildiyi diqqətə çatdırılmışdır. Həbsdən azad olunduqdan sonra İran qanunvericiliyində islahatlar aparmaq təklifini rədd edən Topçubaşov müsəlmanların hüquqları uğrunda mübarizəsini davam etdirmişdir.

Məqalədə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu və yeni yaranmış dövlətin tanınması məqsədi ilə Ə.Topçubaşovun İstanbula gedərək Osmanlı sultanı və bir sıra nazirlərlə görüşdüyü qeyd olunmuşdur.

Əlimərdan bəy Topçubaşov İstanbulda olmasına baxmayaraq, 07.12.1918 tarixində AXC Parlamentinin iclasında xarici işlər naziri və parlamentin sədri seçilmişdir. Daha sonra parlament Paris sülh konfransına gedəcək yeni sədrin başçılıq etdiyi nümayəndə heyətinin tərkibini seçmişdir. 22.04.1919-cu ildə Parisə gələn nümayəndə heyəti öz fəaliyyətinə başlamış, özündə Azərbaycanın tarixi-etnoqrafik, iqtisadi və siyasi vəziyyəti haqqında geniş və ətraflı məlumatı cəmləşdirən 14 bölmədən ibarət "Qafqaz Azərbaycan Respublikasının nümayəndələrinin Paris sülh memorandumu-nu sülh konfransının katibliyinə təqdim etmişdir.

Məqalədə Ə.Topçubaşovun başçılığı ilə Azərbaycan nümayəndələrinin konfransda ən başlıca müvəffəqiyyətlərindən birinin dövrünün görkəmli siyasi xadimi, ABŞ Prezidenti Vudro Vilsonla görüşü olduğu bildirilmişdir.

1920-ci il yanvarın 15-də Ə.Topçubaşov Fransa Xarici İşlər Nazirliyinə dəvət edilmiş və Azərbaycanın yanvarın 11-də Ali Şura üzvləri və müttəfiq dövlətlər tərəfindən de-fakto tanındığı ona bildirilərək bu barədə Paris sülh konfransının rəsmi sənədi Ə.Topçubaşova təqdim edilmişdir.

Məqalədə Ə.Topçubaşovun Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Parisdə yaşadığı, bütün həyatını doğma vətəninin dövlət müstəqilliyinin bərpasına həsr etdiyi və onun bu arzusunun yalnız ölümündən 57 il sonra gerçəkləşdiyi bildirilmişdir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.