Xəbərlər

İranın Vergi Adminstrasiyasının rəhbəri "ASAN xidmət"lə tanış olub
15 may, 2013 21:31

 

İran Dövlət Vergi Adminstrasiyası sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, Azərbaycanda səfərdə olan İran İslan Respublikasının Dövlət Vergi Administrasiyasının sədri, iqtisadiyyat və maliyyə nazirinin müavini Əli Əskərinin rəhbərlik etdiyi nümayəndə heyəti Dövlət Agentliyi və onun tabeliyində olan 1 saylı Bakı "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub.

Dövlət Agentliyinin sədri İnam Kərimov qonaqlara 1 saylı Bakı "ASAN xidmət" mərkəzinin yaradılması, məqsədləri, həyata keçirdiyi xidmət növləri, həmçinin gələcək planlara dair geniş məlumat verib. Bildirilib ki, "vahid məkan" prinsipinə əsaslanan "ASAN xidmət" mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin - "dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir" yanaşmasının formalaşdırılmasıdır.

Əli Əskəri qeyd edib ki, Azərbaycan modelinin əsas üstünlüyü vaxta və zamana qənaət etmək imkanı verməsindədir. Bundan əlavə, Dövlət Agentliyi tərəfindən müvafiq dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı qəbul edilmiş qanunvericilik aktları da xüsusi maraq doğurur. Bu, yüksək keyfiyyətli birgə işin qurulması üçün lazımi hüquqi bazanı təmin edir.

"ASAN xidmət" mərkəzində yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar əməkdaşların peşəkar yanaşmasını yüksək qiymətləndirib, mərkəzin onlarda xoş təəssüratlar yaratdığnı qeyd edib və gələcək fəaliyyətdə uğurlar arzulayıblar.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.