Xəbərlər

Mədəniyyət və turizm şöbələri rəhbərlərinin iştirakı ilə seminar-müşavirə keçirilib
14 may, 2013 19:56

 

Mədəniyyət və Turizm Nazirliyinin 2013-cü ilin birinci yarısı üçün iş planına əsasən, cari il may ayının 14-də Qazax şəhərində Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayon mədəniyyət və turizm şöbələri rəhbərlərinin iştirakı ilə seminar-müşavirə keçirilib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Qazax rayon mədəniyyət evinin iclas zalında keçirilmiş müşavirədə qeyd olunan rayonların mədəniyyət və turizm şöbələrinin müdirləri, məsləhətçiləri və müəssisə rəhbərləri iştirak ediblər.

Seminar iştirakçılarına "Mədəniyyət haqqında" Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli qanununun müddəaları barədə ətraflı məlumat verilib, bu qanunun mədəniyyət işçiləri arasında geniş təbliğ edilməsi və icrasının daim nəzarətdə saxlanılması zərurəti vurğulanıb.

Seminar-müşavirədə mədəniyyət və turizm sahəsində qəbul edilmiş dövlət proqramları və normativ aktların bölgələrdə icrası vəziyyəti də müzakirə olunub, regionlarda mədəniyyət sahəsində mövcud problemlər və qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb, ölkəmizdə mədəniyyət sahəsində aparılan islahatlar haqqında ətraflı məlumat verilib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.