Prezident İlham Əliyev BMT-nin Vyana ofisinin baş direktoru Yuri Fedotov ilə görüşüb
14 may, 2013 19:53
Mayın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avstriyaya rəsmi səfəri çərçivəsində BMT-nin Vyana ofisinin baş direktoru Yuri Fedotov ilə görüşmüşdür.
Dövlətimizin başçısı BMT-nin Vyana ofisinə gəldi.
Baş direktor Yuri Fedotov Prezident İlham Əliyevi qarşıladı.
Görüşdə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü kimi bu qurumun, ümumiyyətlə BMT-nin həyata keçirdiyi fəaliyyətə və ümumi proseslərə töhfə verdiyi qeyd olundu. Eyni zamanda, BMT-nin fəaliyyətinin müxtəlif istiqamətlərini əhatə edən tədbirlərin Azərbaycanda keçirilməsinin önəmi vurğulandı.
Görüşdə Azərbaycan ilə BMT-nin Vyana ofisi arasında əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.