Xəbərlər

Fövqəladə Hallar Nazirliyi: Azərbaycanda beton istehsalı üzrə milli standartların qəbulu vacibdir
14 may, 2013 19:49

 

Azərbaycanda beton və onun komponentlərinin istehsalı və tətbiqi üzrə milli standartların qəbul edilməsinə ehtiyac var.Melumata görə, bunu çərşənbə axşamı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Ekspertiza İdarəsinin müdiri Lətif Zeynalov Bakıda "Müasir tikintidə dəmir-beton konstruksiyaların yeri" mövzusunda keçirilən III Beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda beton və dəmir-beton konstruksiyalarının tətbiqi sahəsində bəzi problem və tapşırıqlar var.

Zeynalov deyib: "İlk növbədə, kadr çatışmazlığı mövcuddur. Biz bu sahədə Avropa, ABŞ, Yaponiyanın təcrübəsini öyrənməliyik. Azərbaycan dilində texniki sənədləşdirmənı yaratmaq lazımdır. Bunun üçün kadrlara ehtiyac duyulur. İkinci tapşırıq ölkəyə müasir texnologiyaların cəlb edilməsidir. Lakin bu proses düşünülmüş və məqsədyönlü olmalıdır. Üçüncüsü isə elmi-araşdırma mərkəzinin yaradılmasından ibarətdir".

Onun sözlərinə görə, hazırda keyfiyyətli betonun daha qənaətlə istifadəsinə diqqəti artırmaq lazımdır ki, buna da hesablamaların yaxşılaşdırılması yolu ilə nail olmaq mümkündür. Onun zənnincə, həmçinin yüngül betonun (keramzit) daha geniş tətbiqini tapmaq lazımdır ki, bu da xərcləri və seysmik riskləri azaldacaq.

"BASF Caspian Yapi Kimyasallari Sanayi LLC" zavodunun təşkil etdiyi tədbir Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 90 illiyinə həsr edilib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.