Yunanıstan Baş nazirinin Azərbaycana səfərinin tarixi məlum olub
14 may, 2013 19:31
Yunanıstanın Baş naziri Antonis Samaras mayın 19-da Azərbaycana birgünlük səfər edəcək.
Cərşənbə axşamı Yunanıstan KİV-ə istinadən verdiyi məlumata görə, Azərbaycan hökuməti ilə danışıqlarda əsas mövzu TAP boru kəməri sazişinin təhlükəsizliyini təmin etmək olacaq.
Məlumata görə, Samaras Bakıya Çinə səfərindən (mayın 14-18-i) sonra gələcək.